Əmir Abdullahiyan deyib: “Hazırda iki ölkə arasında əməkdaşlıq prosesi konstruktiv və müsbət istiqamətdə gedir. Tərəflər arasında xüsusilə dəmir yolu və avtomobil yolu sahəsində yaxşı razılaşmalar əldə olunub.”
Bu telefon danışığında Ceyhun Bayramov Əmir Abdullahiyanın Bakıya son səfərini önəmli adlandırıb və əlavə edib ki, bu səfərdən sonra ən qısa müddətdə onun iki ölkə arasındakı münasibətlərə müsbət təsirlərini görürük.
Ceyhun Bayramov İran İslam Respublikasının Qarabağla bağlı konstruktiv mövqelərinə görə təşəkkür edib, Ermənistanla və Laçın dəhlizi ilə bağlı aparılan danışıqların son vəziyyətini açıqlayıb.
Tərəflər xarici qüvvələrin regionda mövcudluğunu və müdaxiləsini qeyri-konstruktiv kimi qiymətləndirib, regional problemlərin ölkələr və regional aktorlar tərəfindən həllinin zəruriliyini vurğulayıblar.
Sizin rəyiniz